QAYDALAR

1.Əsas anlayışlar 

1.Hazırkı şərtlər AL CARGO MMC-nin müştərilərinə təklif etdiyi :

elektron ticarət logistikası, anbar, havayolu karqo, təhlükəli maddələrin daşınması,qapıda təslim və online alış xidmətlərini tənzimləyir. 

1.1. Daşıyıcı - AL CARGO MMC. 

1.2. Şəxsi kabinet - istənilən fiziki şəxs AL CARGO saytında qeydiyyatdan keçdiyi zaman ona təqdim olunan fərdi hesab nömrəsi. 

2.Tərəflərin öhdəlik və hüquqları

2.1.Sifarişçi öz şəxsi məlumatlarının daşıyıcı tərəfindən yığılması, saxlanılması, istifadə edilməsi və ötürülməsinə dair razılığı AL CARGO MMC-yə verir.

2.2.Sifarişçi daşınma üçün göndərilən yük barədə məlumatların (çəki, əşyaların sayı və s.) tam, düzgün olmasını təmin edir.Yüklər barədə hər hansı məlumatın göstərilməməsi və ya səhv göstərilməsi nəticəsində daşıyıcı yük barədə heç bir məsuliyyət daşımır.

2.3. Sifarişçi ünvanı (poçt indeksi və s.) tam, düzgün göstərir və yükü müşahidə edən sənədlər üzərində oxunmaya yararlı vəziyyətdə olmasını təmin edir. 

2.4.Sifarişçi daşınma üçün AL CARGO MMC-yə təqdim etdiyi yüklərin düzgün və daşıma standartlarına uyğun qablaşdırılmasını təmin edir. 

2.5.Sifarişçi AL CARGO MMC-nin yüklərin daşınması və çatdırılmasına dair xidmətlərin göstərilməsi, üçün üçüncü şəxslərə müraciət etməsinə razıdır.

2.6.Sifarişçi tərəfindən müvafiq ölkənin qanunvericiliyinin tələblərinin pozması nəticəsində daşıyıcıya qarşı tətbiq oluna biləcək/olunan istənilən cərimə və məsuliyyətə görə yaranan bütün xərcləri ödəməyi qəbul edir öz öhdəsinə götürür. 

2.7.Sifarişçi Azərbaycan Respublikasının ərazisinə idxalı qadağan olan və yaxud məhdudlaşdırılan mallara görə məsuliyyət daşıyır. Belə yüklərin ölkə ərazisinə idxalına görə daşıyıcıya qarşı tətbiq olunan cərimə, sanksiya və s. tutumlara görə sifarişçi məsuliyyət daşıdığını anlayır və onların ödənilməsini öz öhdəsinə götürür.

2.8.Daşıyıcı yükün keyfiyyətinə görə heç bir məsuliyyət daşımır.

2.9.Daşıyıcı yükün zədələnmə səbəblərinin araşdırılması hüququnu özündə saxlayır.

3.Gecikmə halları

3.1.Fors-major halları, müharibələr,  dövlət çevrilişləri, yanğın,daşqın,qasırğa, zəlzələ, partlayış, lokautlar, iqtisadi böhranlar,  eləcə də hər hansı dövlət orqanın tərəflərdən birinin üzərinə müqavilə üzrə öhdəliyini yerinə yetirmək barədə qadağa qoyması ilə bağlıdır. Yuxarıdakı qeyd etdiyimiz hallardan biri baş veridiyi  zaman daşıyıcı gecikməyə görə məsuliyyət daşımır.

3.2.Daşıyıcıdan aslı olmayan səbəblərdən ( təyyarədə yer məhdudiyyəti,hava şəraiti,uçuşdan imtina,uçuş planının dəyişdirilməsi və s.) habelə üçüncü şəxslərdən (aviaşirkət,poçt,agent) aslı olan gecikmələrə görə daşıyıcı məsuliyyət daşımır.

4.Daşıma şərtləri

4.1.Beynəlxalq Hava Daşımaları qaydalarına əsasən,daşınma 2 meyar üzrə aparılır:

Fiziki: bağlamanın çəkisinə görə hesablanır.

Həcm: meyarına əsasən hesablama aparılan zaman (En(sm) x Hündürlük(sm) x Uzunluq(sm)) / 6000 standartı tətbiq edilir.

Bağlamaların ölçüləri əvvəlcə hər iki çəki( fiziki və ya həcm) meyarına görə hesablanır. Göstəricisi böyük olan çəki ( həcm və ya fiziki) meyarına görə hesablanacaq. 

5.Sifariş et xidməti

Sifariş et xidməti 3 cür həyata keçirilir:

5.1.Standart sifariş et xidməti.

5.2.Qapıda ödəmə xidməti.

5.3.Həvalə et xidməti

5.a.Standar sifariş et xidməti vasitəsi ilə icra olunan sifarişlərdən 5% xidməti haqqı alınır və 24 saat ərzində sifarişləriniz icra olunur

5.b.Qapıda ödəmə xidməti vasitəsi ilə icra olunan sifarişlərdən minumum olaraq 10 azn əlavə xidmət haqqı alınır və sifarişiniz məbləği xarici anbarda qapıda təhvil zamanı yerində ödənilir

5.c.Həvalə et xidməti Həvalə et xidməti vasitəsi ilə icra olunan sifarişlərdən minimum olaraq 10 azn əlavə xidmət haqqı alınır və sifarişinizin məbləği bizə təqdim etdiyiniz İBAN hesaba köçürülür